📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üç prezident Belarusdakı təhlükə ilə bağlı NATO-ya müraciət edib

2023-07-07 15:24:00

Üç prezident Belarusdakı təhlükə ilə bağlı NATO-ya müraciət edib

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Litva Prezidenti Qitanas Nauseda, Polşa Prezidenti Ancey Duda və Latviya Prezidenti Eqils Levits NATO-nun Baş katibi Yens Stoltenberqə məktubla müraciət edərək ona Belarusdan gələn təhlükə barəsində xəbərdarlıq ediblər. Məktubu Litva Prezidentinin  mətbuat xidməti yayıb.

Prezidentlər qeyd ediblər ki, Rusiya Belarus ərazisindən və onun resurslarında Ukraynaya qarşı müharibədə istifadə edir və bu səbəbdən iki ölkə arasında hərbi inteqrasiya getdikcə güclənir.

Məktubda deyilir: “Rusiyanın öz taktiki nüvə silahını Belarus ərazisində yerləşdirməsi bunun təzahürüdür.  Bu, Ukraynadakı müharibə kontekstində gərginləşdirici addımdır və cəmiyyətimizin təhlükəsizliyinə birbaşa təhdiddir. Bu, NATO-Rusiya Təsis Aktının növbəti dəfə kobud şəkildə pozulması və bu sənədin artıq qüvvədə olmadığının canlı sübutudur”.

Nauseda, Duda və Levits həmçinin xəbərdarlıq edirlər ki, rusiyalı Vaqner muzdluları və onların lideri Yevgeni Priqojinin Belarusa köçürülməsi “Belarusda siyasi sabitlik üçün risklər yaradacaq və nəticədə adi və nüvə silahlarına nəzarət itirilə bilər”.

Hürr Tərcüman