Üç tələbə qız vəhşicəsinə öldürüldü - VİDEO
2021-09-30 20:39:00
Orenburqun Qay şəhərindəki tibb kollecinin tələbələri olan 17,18 və 19 yaşlı qızlar vəhşicəsinə qətlə yetirilib.
18 yaşlı Ənvər S. qətldə şübhəli bilinir. İlkin məlumata görə, o, qətlə yetirdiyi qəzlardan biri, 17 yaşlı Ayqiz U. Ilə görüşürmüş.
Qeyd edilir ki, qızlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə tapılıb. Ayqizin meyiti isə evdən 100 metr aralıda, həyətdə aşkarlanıb.
Tələbələrin üçü də təhsul almaq üçün Orenburqa Başqırdıstandan gəliblər.
Məlumata görə, qızlar balta ilə öldürülüb, sonra mənzil yandırılıb. \\Lent.az