Üç uşaq anası dəm qazından zəhərlənərək öldü
2026-03-14 21:47:24
Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qoltuq qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.
Qeyd edək ki, mərhum üç uşaq anası olub.
Faktla bağlı araşdırma aparılır.