📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uçan motosiklet satışa çıxarıldı – qiyməti də uçur!

2021-10-28 16:55:00

Uçan motosiklet satışa çıxarıldı – qiyməti də uçur!

Hurriyyet.az xəbər verir ki, Yaponiyada bir texnologiya şirkəti uçan motosiklet modelini 680 min dollara satışa çıxarıb.

Uçan motosikletin dörd motoru var. Batereyanın elektriklə tam dolu olduğu zaman motosiklet 100 kilometr sürətlə 40 dəqiqə uça bilir.

Yaponiyanın texnologiya və elekronika nəhənglərinin dəstəklədiyi şirkət 2022-ci ilin ortasına qədər 200 ədəd birnəfərlik motosiklet istehsal eləməyi planlaşdırır.

Yaponiyadakı mövcud qanunvericilik uçan motosiklerlərdən işlək yollarda istifadə edilməsinə icazə vermir.

Bu səbəbdən də uçan motosikletlərdən bir müddət yarış zolaqlarında istifadə edilməsi planlaşdırılır.

 

Hürr Tərcüman