Ucarda ağır qəza CAN ALDI
2024-10-05 22:17:02
Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Hurriyyet.Az publika.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.