Ucarda daha bir qazi özünü yandıraraq öldürdü.
2022-09-05 11:05:00
Ucarda özünü benzinlə yandıran II qrup qazi ölüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup qazi, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.