📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ucarda ev yanıb kül oldu - Video

2026-09-17 10:35:49

Ucarda ev yanıb kül oldu - Video

Ucar rayonunun Qazqumlaq kəndində yanğın hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, kənd sakini Vüsal Rüstəmova məxsus 3 otaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, yanğına həyət ərazisində tayada olan ot bağlamasının alışması və alovun evə keçməsi səbəb olub.

Yanğın nəticəsində həmçinin həyətdə saxlanılan 12 ton ot bağlaması da tamamilə yanıb.

Hadisə yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafda yerləşən evlər alovdan mühafizə olunub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. // Qafqazinfo.az

Yunis Quliyev