Ucarda iki nəfər dəm qazından zəhərlənib
2026-01-31 22:07:54
Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
"Apa"nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.
Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.