“Üçtərəfli görüş Yeni il astanasında baş tuta bilər” – Kremldən açıqlama
2022-12-14 15:27:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçlıarının görüşü barəsində razılaşma olmadığını bəyan edib, lakin bu görüşün MDB ölkələri rəhbərlərinin Yeni il ərəfəsindən keçiriləcək qeyri-formal sammiti çərçivəsində baş tutmasının mümkün olduğunu bildirib.
Peskov deyib: “Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Bununla yanaşı, bildiyiniz kimi MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-formal görüşünün keçirilməsi planlaşdırılıb. Üç dövlətin başçısı, ən azından sammit çərçivəsində danışıq aparmaq imkanı qazanacaqlar”.
Hürr Tərcüman