“Üçtərəfli razılaşmalar Qarabağ məsələsinin həlli üçün kifayətdir” - KTMT rəsmisi
2021-10-14 15:20:00
“Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmalar bölgədəki siyasi problemlərin həll üçün kifayətdir”. Hurriyyet.az Dia.az-a istinadən xəbər verir ki, bunu KTMT Birgə Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
O bildirib ki, bölgədə Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırılıb. “İndiyə qədər əldə edilən razılaşmalar Dağlıq Qarabağ ətrafındakı böhranın siyasi yolla həlli üçün kifayət edir. Bu razılaşmalar lazımi şərtlərin formalaşmasına kömək edir”.
Onun sözlərinə görə, 2021-ci ilin may ayından bəri atəşkəsin vaxtaşırı pozulmasına baxmayaraq, hazırda tərəflər arasında konstruktiv dialoqun qurulması istiqamətində davamlı inkişaf müşahidə edilir.