📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Üçüncü dünya müharibəsi astanasındayıq

2024-06-06 12:56:05

Üçüncü dünya müharibəsi astanasındayıq

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kiyevin Rusiyaya zərbələr endirməsi bəyanatları da daxil olmaqla, Ukrayna ətrafındakı vəziyyyətin üçüncü dünya müharibəsinə apardığını bildirib. Tramp bu mövqeyini "Foks Nyus" telekanalının efirində səsləndirib: "Üçüncü dünya müharibəsinə yaxınlaşırıq. Son günlər ərzində baş verənlərə baxın".
Tramp Ukraynanın Rusiyaya zərbələr endirəcəyi bəyanatından sonra Rusiya lideri Vladimir Putinin "indi nüvə silahından danışdığını" söyləyərək deyib: "ABŞ-ın indiki Prezidenti Co Bayden isə nə demək lazım olduğunu bilmir".
Bayden deyib: "Mən Ukrayna ilə bağlı vəziyyəti çox tez bir zamanda nizamlaya bilərdim və bu, heç vaxt olmazdı".
Hürr Tərcüman