“Üçüncü dünya müharibəsi yaxınlaşır” - Medvedev
2023-07-12 15:36:00
“Bu, çıxılmaz bir nöqtədir. Üçüncü dünya müharibəsi yaxınlaşır”.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO dövlətlərinin liderlərinin görüşünü dəyərləndirərkən deyib.
“Ukraynanı yəqin ki, heç vaxt NATO-ya qəbul etməyəcəklər. Alyansdakı realistlərin ucadan deməkdən qorxduqları da məhz budur. Bundan əlavə, raketlər, kaset bombaları və təyyarələr də daxil olmaqla, Kiyev rejiminə silah dəstəyi hər cür artırılacaq” - deyə, o, bildirib.
Medvedev Qərbin “dəli” olduğunu vurğulayıb və əlavə edib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” eyni qaydada davam edəcək.