📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Udula bilən bir ölkə deyilik" - İranlı general

2026-02-23 15:48:01

İran Ordusunun Baş Komandanı, general-mayor Əmir Hatəmi ölkəsinin zəif vəziyyətdə olduğu barədə deyilən fikirlərə aydınlıq gətirib.

Yerli xəbər agentliklərinə danışan iranlı general qeyd edib ki, düşmənlərin “İran zəif nöqtədədir” fikri həqiqəti əks etdirmir.

“İranın zəif nöqtədə olduğu barədə düşmənin təsəvvürü yanlışdır. Milyonlarla hərbçi ölkə uğrunda fədakarlığa hazırdır. Böyük İran udula bilən ölkə deyil”, – deyə o vurğulayıb.

Hatəmi ABŞ-ni nəzərdə tutaraq, onun “məğlubedilməzlik” iddialarına da toxunub. Onun sözlərinə görə, ABŞ Vyetnam və Əfqanıstanda 20 il müharibə apardıqdan sonra geri çəkilməyə məcbur olub.

“Onlar iddia və hədələrlə daxil olurlar, lakin hər zaman rüsvayçılıqla çıxırlar. İraq və digər ölkələrdə də eyni vəziyyət yaşanıb”, – deyə iranlı komandan bildirib.