UEFA Azərbaycan millisinə TEXNİKİ MƏĞLUBİYYƏT VERDİ
2021-11-10 23:39:00
UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmamıza texniki məğlubiyyət verib.
Buna millimizin koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.
Xatırladaq ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak etməyib. \\Offsideplus