📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" görüşü başlayıb

2024-07-30 20:07:31

UEFA Çempionlar Liqası:

"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Hurriyyet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.