📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

UEFA Çempionlar Liqası: "Qarabağ" ilk hissədə rəqibin qapısından üç cavabsız qol keçirib - YENİLƏNİB

2024-07-30 20:58:58

UEFA Çempionlar Liqası:

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

Hurriyyet.az-ın məlumatına görə, Azərbaycan çempionu fasiləyə üstün yollanıb - 3:0.

"Köhlən atlar"ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.