UEFA ermənilərə intizam işi açdı
2023-09-15 11:10:20
UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Hurriyyet.az xəbər verir ki, buna səbəb AŞ-2024-ün seçmə mərhələsində Xorvatiya qarşı keçirilən matçda ermənilərin siyasi təxribat xarakterli hərəkətlər etməsidir.
Belə ki, onlar qarşılaşmanın gedişində separatçı rejimin bayrağını dronla havaya qaldırıb. Nəticədə qitə futbol qurumu Ermənistan FF-a intizam işi açıb.