UEFA görüşləri təxirə saldı
2023-10-09 08:30:52
Hurriyyet.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı qarşıdakı iki həftə ərzində İsraildə keçirilməsi planlaşdırılan bütün futbol qarşılaşmalarını təxirə salıb.
Bu barədə məlumat oktyabrın 8-də təşkilatın saytında yerləşdirilib.
Oktyabrın 12-də İsrail ilə İsveçrə komandaları arasında 2024-cü il Avropa çempionatının kvlaifikasiya mərhələsinin görüşü keçirilməli idi. Bundan başqa 21 yaşına qədər futbolçuların komandasının Estoniya (12 oktyabr) və Almaniya (17 oktyabr) qarşılaşamaları təxirə salınıb.
İsrail ilə Kosovo millilərinin oktyabrın 15-də Kosovoda keçirilməsi planlaşdırılan qarşılaşması da təxirə salına bilər.
Hürr Tərcüman