📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ufada ali məktəb yataqxanasında tələbələri və polisi yaralayan şəxs saxlanılıb

2026-02-07 16:55:08

Ufada ali məktəb yataqxanasında tələbələri və polisi yaralayan şəxs saxlanılıb

Ufada ali məktəblərdən birinin yataqxanasında dörd tələbəni və bir polisi bıçaqla yaralayan kişi saxlanılıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkədə məlumat verib.

"Ufada ali məktəblərdən birinin yataqxanasında dörd tələbəyə və bir polisə xəsarət yetirən kişi saxlanılıb", - o qeyd edib.

İ.Volkun sözlərinə görə, hadisənin təfərrüatları dəqiqləşdirilir.