📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Uğurlu mövsüm keçirdiyimizi deyə bilmərəm" - Konor Qallaqher

2025-04-23 21:42:55

"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallaqher yaxşı mövsüm keçirmədiklərini bildirib.

Onun sözlərini "Marca" belə çatdırıb:

"Hər mövsüm heç olmasa, bir titul qazanmaq istəyirik. Hədəfimiz budur. İndiki duruma baxanda belə bir təəssürat yaranır ki, cari "futbol ili"ndə nəsə qazanmaq həddindən artıq çətin olacaq. Reallıq belədir ki, uğurlu mövsüm keçirdiyimizi deyə bilmərəm. Hərçənd müsbət məqamlar da az deyil".

Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutan "Atletiko" sona 6 tur qalmış lider "Barselona"dan 10 xal geridədir.  \\Fanat.Az