Ukrayna 12 min Rusiya hərbçisinin öldürüldüyünü açıqladı
2022-03-08 13:48:00
Ukraynada Rusiya ordusunun 12 mindən çox hərbçisi məhv edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri müharibə başlayandan bəri 474 texnika, 3 kater, 60 yanacaq maşını və 7 PUA itirib.
Qeyd olunub ki, ruslara məxsus 48 təyyarə, 80 helikopter, 303 tank, 1036 zirehli texnika, 120 artilleriya, 56 raket sistemi və 27 hava hücumundan müdafiə sistemi məhv edilib.