📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

2022-02-25 11:16:00

"Baydenin çıxışı klounadadan başqa bir şey deyildi"

"ABŞ prezidenti Co Baydenin çıxışı hər zamankı kimi klounadadan başqa bir şey deyildi. Ukrayna ABŞ-ın qurbanına çevrildi və bunu artıq çoxdan anlamışdı, sadəcə geriyə yol yox idi. Ukrayna məğlub olsa da cəsarətini göstərdi və sona qədər dirənəcək". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədovaya məxsusdur.

Rusiyanın istədiyini aldığını vurğulayan politoloq hesab edir ki, bunda Baydenin də rolu az deyil: "Sanksiyalar Rusiya üçün çoxdan hazırlanmış və həzm edilmiş bir ssenaridir. Rusiya illərdi buna hazırdı. Amerikanın hədəfi onun təhlükəsizliyi ac qalmasından daha vacibdir. Bəs, Ukrayna nə edəcək? Ukrayna təcili olaraq öz gücü hesabına dövlətçiliyini, millətinin təhlükəsizliyini təmin etməlidir. Vladimir Zelenski hökumətinin əslində nə dərəcə təcrübəsiz olduğu gördük. Odur ki, hökumət hər iki ölkənin dostuna müraciət etməklə bu məsələnin acil çözülməsi və durdurulmasına nail olmalıdır. Bu dövlət də Türkiyədir. Türkiyə bu məsələdə ən çox bacarıqlı ölkə ola bilər. O, həm NATO üzvü, həm də Rusiyayla çox yaxşı münasibətlərinə malikdir".

Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyənin vacib aktor olması həm özü, həm Qərb, həm də Rusiya və Ukrayna üçün vacibdir: "Türkiyə tərəfləri yenidən masaya otuzdura bilən və Putinin ən çox bu vəziyyətdə tək güvəndiyi ölkə olaraq məsələnin həllinə töhfə verə bilər. Bu Ukrayna üçün vacib şansdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az