📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Aİ-yə qəbul ediləcəkmi? Makronla Şolts açıqlama verdilər

2022-06-17 10:09:00

Ukrayna Aİ-yə qəbul ediləcəkmi? Makronla Şolts açıqlama verdilər

Hurriyyet.az xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts ilə Fransa Prezidenti Emmanuel Makron Ukrayanın Avropa İttifaqının üzvü olması üçün zəruri ilkin mərhələ olan namizəd ölkə statusu verilməsinin lazım olduğunu bildiriblər. Şolts deyib: “Dostlarımla mən bu gün Kiyevə açıq mesaj vermək üçün gəldik: “Ukrayna Avropa ailəsinə məxsusdur”. Şolts Ukrayna ilə yanaşı, Moldovaya da eyni statusun verilməli olduğunu söyləyib.

Mətbuat konfrasında çıxış edən Makron da öz mövqeyini bildirib: “Ukraynanın Avropa İttifaqı üzvlüyü statusunu tam dəstəkləyirik”.

Bəlli olduğu kimi, dünən Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Rumıniya Prezidenti Klaus Yohannis və İtaliyanın Baş naziri Mario Draqi Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər.

Ukrayna Prezidenti V.Zelenski açıqlamasında deyib: “Ukraynanın Avropa İttifaqına namizəd ölkə statusu alması Avropa üçün tarixi qərar ola bilər”. Ukrayna Rusiyanın 24 fevral tarixində əməliyyata başlamasından qısa müddət sonra Avropa İttifaqına üzv  ola bilmək üçün namizədlik müraciəti eləmişdi.

Gələn həftə Avropa İttifaqının 27 üzv ölkəsinin dövlət və hökumət başçıları Ukraynanın üzvlük müraciəti də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.

Hürr Tərcüman