📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Almaniyadan döyüş gəmiləri istəyir - Melnik

2022-03-01 17:34:00

Ukrayna Almaniyadan döyüş gəmiləri istəyir - Melnik

Alman silah şirkətlərindən döyüş gəmiləri və sualtı qayıqlar sifariş etmək istəyirik.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

O, Ukraynanın da sabit hava müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib:

“Almaniya bu sistemləri Misirə tədarük edir. Bizə niyə olmasın? Dönüş nöqtəsi özünü praktikada hiss etdirməlidir, buna görə də hər iki ölkə silah sənayesində yeni bir başlanğıca start verməlidir”.

Axar.az