📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir

2025-03-06 23:05:53

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir.

Bu barədə ölkənin müdafiə naziri Rustem Umerov Berlində almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna kəşfiyyat məlumatlarına çıxışın necə məhdudlaşdırılacağı ilə bağlı ABŞ-dən hələ heç bir məlumat almayıb. “Bununla belə, artıq alternativ mənbələr üzərində iş gedir”, - Umerov söyləyib.

“Kəşfiyyat məlumatlarının paylaşılmasının necə məhdudlaşdırılacağı ilə bağlı hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik və ehtiyac yaransa, Almaniyadan da daxil olmaqla, bu məlumatları alacağıq”, - o deyib.

Qeyd edək ki, martın 5-də KİV-də Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı. \\Redaktor.Az