Ukrayna Avropa İttifaqına nə zaman qəbul ediləcək? Şarl Mişel açıqlama verdi
Hurriyyet.az xəbər verir ki, Avropa Şurasının başçısı Şarl Mişel “Şpigel” nəşrinə müsahibəsində “Ukrayana ilə Aİ-nin qarşılıqlı şəkildə ev tapşırıqlarını yerinə yetirəcəykləri təqdirdə, 2030-cu ilə qədər Avropa İttifaqına qəbul ediləcəyini” deyib.
Onun sözlərinə görə, Ukrayna və digər namizəd ölkələr islahatlar keçirməli, korrupsiya ilə mübarizə aparmalı və qanunvericiliyin tələblərini yerinə yetirməlidirlər.
Şarl Mişel deyib: “Biz Aİ-də birlikdə nəyə nail olmaq istədiyimizi, prioritetlərimizin nələr olduğunu və pulları nəyə xərcləmək istəyidimizi dəqiq bilməliyik. Həmçinin, qərarların qəbul edilməsi proseslərini sürətləndirməliyik. Aİ daya vaxt itirə bilməz. Məsələn, Qərbi Balkan ölkələri artıq 20 il Aİ-yə daxil olmağı gözləyiblər. Orada Rusiya ilə Çinin nüfuzu güclənir. Çiçəklənən və təhlükəsiz Ukrayna isə bizim öz maraqlarımıza daxildir. Onların Rusiyaya qarşı müqaviməti göstərdi ki, Ukrayna Aİ-də olmalıdır. Həm də nə vaxtsa yox, tezliklə. Bu, Aİ-nin geosiyasi təsirə qabil olduğunu bir daha sübut edərdi”
Hürr Tərcüman