📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Avropa və ABŞ ilə atəşkəsə nəzarət planı üzrə razılığa gəlib

2026-02-03 10:49:31

Ukrayna Avropa və ABŞ ilə atəşkəsə nəzarət planı üzrə razılığa gəlib

Gələcək atəşkəs sazişinin Rusiya tərəfindən davamlı şəkildə pozulması Avropa və ABŞ tərəfindən koordinasiyalı hərbi cavab tədbirlərini işə salacaq.

APA xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, plan dekabr və yanvar aylarında Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub, Rusiyanın razılaşdırılmış atəşkəsi pozması halında çoxsəviyyəli cavab mexanizmini nəzərdə tutur.