Ukrayna Avropanın "yaşıl enerji" mənbəyi kimi...
"Yaşıl hidrogen sənayesi" qlobal enerji keçidinin, başqa sözlə 4-cü sənaye inqilabının əsas mərhələsi hesab olunur və həm Avropa, həm də Asiya ciddi-cəhdlə onun inkişafına yönəlib.
Məsələn, "Shell" bu yaxınlarda Çində ən böyük elektrolizatorlardan birini işə saldı, Koreya sənaye nəhəngi "Hyosung" isə yaşıl hidrogenə 835 milyon dollar investisiya etməyi planlaşdırdığını açıqladı.
Avropada Aİ artıq bütün qitədə hidrogen məlumatlarını izləyir, İspaniya isə 4 GW gücü olan ekoloji baxımdan təmiz yaşıl hidrogen stansiyası qurmaq planları ilə öndədir.
Avropa və Çin uzun müddətdir ki, hidrogen enerjisində üstünlük uğrunda mübarizə aparır, lakin indi yarış xüsusi olaraq yaşıl hidrogen potensialının yaradılması üzrə gedir. "Shell" Çində dünyanın ən böyük hidrogen elektrolizatorlarından birinin işə salındığını elan edərkən, Avropa gücləri onu addım-addım izləyirlər. Həm Çin, həm də Koreyanın yaşıl hidrogenlə bağlı böyük planları var, lakin Avropa ölkələri də geridə deyil. Pandemiya bir neçə dünya hökumətini ənənəvi enerji mənbələrindən bərpa olunan alternativlərə keçidi sövq etməzdən əvvəl də, Çin və Aİ hidrogen üstünlüyü üçün mübarizə aparırdılar. 2020-ci ildə Aİ-nin “Yaşıl Saziş”i regionda yaşıl hidrogen sənayesinin inkişafına dəstək üçün üç addım planı-2024-cü ilə qədər bir neçə sənayedə yaşıl hidrogen istehsalı-istehlakının həyata keçirilməsi, bir-biri ilə bağlı “hidrogen vadilərinin yaradılması”, 2030-cu ilə qədər və böyük Avropa hidrogen infrastrukturunun yaradılmasını vurğuladı.
Bu arada, Çində elektrolizator texnologiyası "Siemens" və "Thyssenkrupp" kimi Avropa şirkətlərinin inkişafı ilə tez bir zamanda tanış oldu. Bundan əlavə, məlum oldu ki, Çin imkanlar yarandıqda bazara hakim olmaq üçün sürətlə sənaye siyasətlərini həyata keçirməyə qadirdir. Çin hidrogen texnologiyasını inkişaf etdirənə qədər bu, yalnız zaman məsələsi idi, lakin iki il əvvəl kimin üstün olacağını heç kim bilmirdi.
Keçən həftə "Shell" Çində ən böyük yaşıl hidrogen elektrolizatorlarından birinin açılışını elan etdi və fevral ayında obyekt Qış Olimpiya Oyunları üçün işə salındı. Çinin Hebey əyalətinin Şjantszyakou şəhərində yerləşən 20 meqavat gücündə elektrolizator ilkin olaraq oyunlar zamanı, daha sonra isə kommersiya və ictimai nəqliyyatda istifadə olunan avtomobillərdən ötrü yanacaq elementli rolunu yerinə yetirən yaşıl hidrogen istehsal edəcək.
"Shell"in inteqrasiya olunmuş qaz, bərpa olunan enerji üzrə direktoru Vael Savan bildirib ki, elektrolizator "bu günə qədər portfelimizdə ən böyüyü"dür. Vael Savan bundan əlavə, "Biz Çində hidrogen tədarük zəncirində, onun istehsalı, saxlanması və daşınması da daxil olmaqla böyük imkanlar görürük", deyə bildirib.
Yanacaqların qalıqlarından əldə edilən "boz hidrogen" layihəsi artıq Çində fəaliyyət göstərir. Ancaq bərpa olunan enerji sektorunu inkişaf etdirmək və iqtisadiyyatı karbondan təmizləmək üçün Çin indi boz hidrogeni tamamilə bərpa olunan yaşıl hidrogenlə əvəz etməyə çalışır.
Tikintisi 13 ay çəkmiş yeni elektrolizator Çjantszyakonun aşağı karbonlu enerjiyə keçidini dəstəkləyərək qurudakı külək enerjisindən enerji mənbəyi kimi istifadə edir. Bu, hökumət və özəl enerji firmalarının investisiya qoymağa hazır olduqları təqdirdə Çinin hidrogen sənayesi üçün böyük potensialı olduğunu göstərir.
Lakin bu, hidrogen sənayesini inkişaf etdirən yeganə Asiya ölkəsi deyil. Koreyada sənaye nəhəngi "Hyosung Group" ölkənin Cənubi Çolla əyalətində yaşıl hidrogen qurğularına 835 milyon dollar sərmayə qoymağı planlaşdırır. Məqsəd suyu oksigenə və təmiz yanan hidrogenə parçalayacaq, illik 200.000 kub.metr ton yaşıl hidrogen hasil edən 10 MVt gücündə bir stansiyanın yaradılmasıdır ki, bu da onu Koreyada ən böyüyü edir. "Hyundai", "Ineos" və "SK Group" da Koreyanın yaşıl hidrogen sənayesini inkişaf etdirməkdə maraqlı olduqlarını bildiriblər.
Avropanın ambisiyaları da nə qədər yüksəkdirsə, investisiyaları da bir o qədər böyükdür. İspaniyada "Repsol" hazırda yaşıl hidrogenin istehsalına və istifadəsinə 4,4 milyard dollar sərmayə qoymağı planlaşdırmaqla ölkənin yaşıl hidrogen gələcəyinə stavka edir. "Repsol" firması İspaniyanın yaşıl hidrogen sektorunu inkişaf etdirmək məqsədi ilə 33 şirkət və təşkilatdan ibarət konsorsiuma rəhbərlik edir. Vəsaitlər 2025-ci ilə qədər 500 MVt, 2030-cu ilə qədər isə 2 QVt yaşıl hidrogen tutumunun quraşdırılmasına yönəldiləcək. Bu, İspaniya hökumətinin 4GW ümumi hədəfinin yarısını təşkil edir.
Həm də hidrogen sənayesini inkişaf etdirmək potensialına malik olan təkcə Aİ və Qərbi Avropa deyil, Ukraynada da ölkənin böyük su ehtiyatları və orta səviyyədən daha yaxşı günəş və külək potensialı sayəsində yaşıl hidrogen istehsalı üçün geniş imkanlar var. Bundan əlavə, onun Ukraynanın coğrafi mövqeyi onu Avropanı Rusiya və Asiya ilə birləşdirən strateji ixrac mərkəzinə çevirə bilər. Bununla belə, bu ideya Ukraynanın köhnəlmiş şəbəkə sisteminə xeyli sərmayə, milyardlarla vəsait tələb edəcək. Rusiya ilə gərginliyin kökündə də bu dayanır.
Ülviyyə, Hurriyyet.az