Ukrayna Azərbaycana minnətdarlığını bildirib
2023-01-13 21:32:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi öz “Tvitter” səhifəsində transformatorlar və generatorlar bağışladığı üçün Azərbaycana təşəkkür dərc edib. Nazirliyin açıqlamasında deyilir: “Ukrayna şəhərlərinin generatorlar və transformatorlarla təmin edildiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkarın barbarcasına bombardmanlarından sonra Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati vacibdir”.
Hürr Tərcüman