Ukrayna Belqorod ilə Krasnodar vilayətlərinə zərbələr endirib
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev “Teleqram” kanalındakı açıqlamasında şəhərin yaxınlığındakı Neftekaçka qəsəbəsindəki Afip neftayırma zavodunda yanğın baş verdiyini bildirib. Açıqlamada yazılıb: “İlkin səbəb PUA hücumudur”. Afip neftayırma zavodu Ukraynaya yaxın ərazidə yerləşir. Dron hücumu yerli vaxtla gecə saat 3 radələrində baş verib. Güclü partlayışın səsi bir neçə kilometr radiusda eşidilib. Zavod alov və tüstü içərisində olub.
Ötən gecə Rusiyanın Belqorod vilayətinin Şebekino şəhəri də güclü atəşə məruz qalıb. Qubernator Qladkov 4 nəfərin yaralandığını bildirib. O, uşaqların Şebekin və Qrayvoron rayonlarından köçürülməsinin qərara alındığını xəbər verib.