📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Belqorodu atəşə tutdu: Ölənlər və xəsarət alanlar var

2024-07-09 09:55:07

Ukrayna Belqorodu atəşə tutdu: Ölənlər və xəsarət alanlar var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Yaralılardan ikisinin vəziyyəti ağırdır" - Qubernator qeyd edib.

O həmçinin əlavə edib ki, təkcə son hücum nəticəsində 160-a yaxın mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobilə ziyan dəyib.

oxu.az