📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Belqorodu vurdu: ölənlər var

2024-06-15 10:26:43

Ukrayna Belqorodu vurdu: ölənlər var

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində 7 mülki sakinin öldüyünü deyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə vilayət başçısı Teleqramda yazıb.

“Ötən gün Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, - Qladkov bildirib.

Axar.az