📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna beynəlxalq tərəfdaşlarından 42 milyard dollar istəyir

2023-10-24 22:56:38

Ukrayna beynəlxalq tərəfdaşlarından 42 milyard dollar istəyir

Ukraynanın baş naziri Denis Şmıxal deyib ki, Kiyev gələn il müharibə dövründəki büdcə kəsirini ödəmək üçün beynəlxalq tərəfdaşlardan təxminən 42 milyard avroya ehtiyac duyacaq. 

Bu barədə "Reuters" yazır.

Şmıqal bildirib ki, Ukraynanın sosial və humanitar xərcləri ödəmək üçün beynəlxalq yardıma ehtiyacı var. O, həmçinin Rusiya ilə silahlı münaqişənin tez bir zamanda bitəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, Rusiya buna hər an son qoya bilər və Kiyevin müharibənin təşəbbüskarı olmadığını qeyd edib.

"Ortamüddətli perspektivdə Ukrayna iqtisadiyyatına beynəlxalq dəstək Kiyevin ümumi xərclərin daha böyük hissəsini öz üzərinə götürməsinə kömək edəcək", deyə Şmıqal vurğulayıb. \\Valyuta.az