📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna böhranı Qərbi parçalaya bilər

2022-01-31 09:31:00

Ukrayna böhranı Qərbi parçalaya bilər

Fransa və Almaniya İngiltərənin Rusiyaya qarşı döyüşkən siyasətini narahatlıqla izləyir. Berlin və Paris Moskvaya qarşı daha təmkinli diplomatiyaya üstünlük versə də, London ABŞ-ın kursunu tamamilə qəbul edib. Kiyevi tank əleyhinə qurğularla təchiz edərək, Ukraynaya qaçılmaz müdaxiləni bəyan edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, Fransa və Almaniya Böyük Britaniyanın özünü ABŞ-ın fəal müttəfiqi kimi təqdim etməsini narahatlıqla izləyir. Qeyd olunur ki, İraq müharibəsi zamanı olduğu kimi, Şərqi Avropadakı böhran Qərbi iki düşərgəyə parçalaya bilər: bir tərəfdə ingilis-amerikan, digər tərəfdə isə fransız-alman.