📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukrayna böhranının tezliklə həlli üçün əməkdaşlığa hazırıq” - Lavrov

2022-02-26 22:06:00

“Ukrayna böhranının tezliklə həlli üçün əməkdaşlığa hazırıq” - Lavrov

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Lavrov Donbasda Rusiya qüvvələrinin xüsusi əməliyyatı barədə həmkarına məlumat verib.

Rusiyalı nazir türkiyəli həmkarına Moskvanın Ukrayna böhranının tezliklə həlli üçün bütün qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirib.\\Qafqazinfo