📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Britaniyada hərbi zavodlar açacaq

2026-11-25 17:22:01

Ukrayna Britaniyada hərbi zavodlar açacaq

Böyük Britaniya və Ukrayna Ukraynada dizayn edilmiş hücum dronlarının Böyük Britaniyada istehsalına dair müqavilə imzalayıb.

Hurriyyet.net  Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, müvafiq razılaşmalar Böyük Britaniya Müdafiə naziri Ues Stritinqin Ukraynaya səfəri zamanı əldə edilib.

O, prezident Vladimir Zelenski və Ukrayna Müdafiə naziri Yevgen Xmara ilə görüşmüşdü. Yeni müqavilə Ukraynaya hücum dronlarının istehsalı üçün Böyük Britaniyada fabriklər açmağa imkan verəcək.

Səfəri zamanı Stritinq həmçinin Xarkova səfər edib və orada Ukrayna hərbçiləri ilə görüşüb. O, döyüş zonasına bu qədər yaxın gedən ilk Britaniya Müdafiə naziri olub.