📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Bryanska zərbə endirdi: 18 ev yandı

2025-04-16 23:40:42

Ukrayna Bryanska zərbə endirdi: 18 ev yandı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Bryansk vilayətinə PUA-larla hücumları nəticəsində 18 ev yanıb.

Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında yazıb.

Bölgə rəhbərinin sözlərinə görə, hücumlar Novıy Ropsk, Xoromnoye, Lyubeçane, Zernovo və Sopıçi yaşayış məntəqələrinə edilib. Yaşayış binaları ilə yanaşı, iki yardımçı tikili də tamamilə dağılıb. Məktəbin və sosial-mədəniyyət mərkəzinin binasına ziyan dəyib.

“Ukrayna Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində 18 ev və iki yardımçı tikili tamamilə yanıb. Məktəbə və sosial-mədəni mərkəzə ziyan dəyib”, - Boqomaz qeyd edib. \\BakuPost