📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“UKRAYNA BU İL RUSİYANI MƏĞLUB ETMƏLİDİR” – Britaniyalı general xəbərdarlıq edib

2023-05-15 17:48:00

“UKRAYNA BU İL RUSİYANI MƏĞLUB ETMƏLİDİR” – Britaniyalı general xəbərdarlıq edib

“Ukrayna bu il Rusiyanı məğlub etməlidir, əks halda Qərbin dəstəyini itirə bilər”.

Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi Riçard Dannat “The Times” nəşrinə müsahibəsində deyib.

Britaniyalı general Ukraynanın gözlənilən əks-hücumunun “dağıla biləcəyini” bildirib.

“Hamımızın gözlədiyi və ukraynalıların hazırlaşdığı əks-hücum əməliyyatı hələ başlamayıb. Lakin bu, çox uzaq bir tarixdə baş verməyəcək. Əgər Ukrayna öz ərazilərini Rusiya işğalından azad etmək istəyirsə, bu il bunu etməlidir”,-deyə Dannat vurğulayıb.

O, əlavə edib ki, Qərbin Ukraynaya dəstəyinin zəifləmə təhlükəsi var: “Putin vaxtın onun xeyrinə işlədiyini düşünə bilər. Ona görə də ukraynalıların bu hücumu lazımı anda effektiv şəkildə həyata keçirmələri olduqca vacibdir. Ruslara qarşı həlledici zərbələr endirilsə, Rusiyanın əhval-ruhiyyəsi pozula bilər və rus ordusu keçən ilin sentyabrda Xarkov ətrafında gördüyümüz şəkildə çökə bilər”.

AzPolitika.info