📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna bu tarixdən Aİ-yə elektrik enerjisi ixracını dayandıracaq

2022-10-10 23:58:00

Ukrayna bu tarixdən Aİ-yə elektrik enerjisi ixracını dayandıracaq

Ukrayna oktyabrın 11-dən atışmalara görə Avropa İttifaqına elektrik enerjisinin verilməsini dayandıracaq.

Bu barədə Ukrayna Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

"İstilik istehsalı və elektrik yarımstansiyalarını vuran bugünkü raket zərbəsi Ukraynanı öz enerji sistemini sabitləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur etdi”, - nazirlik bildirib. \\Qaynarinfo