📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

UKRAYNA ÇEÇENİSTANA HÜCUM EDİB

2024-10-29 11:47:43

UKRAYNA ÇEÇENİSTANA HÜCUM EDİB

Huriyyet.az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Çeçenistana dron zərbələri endirib. 
Çeçenistanın rəhbəri Ramzan Kadırov Qudermesedə yerləşən "xüsusi təyinatlılat universiteti"nə PUA hücumları edildiyini xəbər verib.
Kadırov "Teleqram" şəbəkəsindəki kanalında yazıb: "Bu gün səhər 6:30-da, Qudermesedə, havadan endirilən dron hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlılar Universitetinin ərazisindənki boş binanın damı alışıb. Dağıntı və tələfat yoxdur. Yanğın söndürülüb". 
Rusiya Xüsusi Təyinatlılar Universitetində Ukraynadakı əməliyyatların iştirakçılarının bir qismi təlim keçib. Çeçenistan ərazisində dron hücumu barəsində ilk dəfə rəsmi açıqlama verilir. 
Hürr Tərcüman