Ukrayna çöksə, Çin hücum edəcək - Moravetski
2023-04-14 09:56:00
Ukrayna müharibədə məğlub olarsa, Çin Tayvana hücuma edə bilər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski deyib.
O bildirib ki, Ukraynanın məğlubiyyəti Çini hərbi müdaxiləyə təşviq edə bilər.
Baş nazirin sözlərinə görə, Ukraynadakı müharibə ilə Tayvandakı vəziyyət arasında xeyli ümumi əlaqələr mövcuddur:
“Allah eləməsin, Ukrayna çöksə, işğal olunsa, növbəti gün Çin Tayvana hücum edə bilər”.