📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna daha 6 İran dronunu məhv etdi

2023-04-25 00:28:00

Ukrayna daha 6 İran dronunu məhv etdi

Ukraynanın hava hücumundan müdafiə qüvvələri aprelin 24-də Rusiyanın doqquz dronunu məhv edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı Feysbukda məlumat yayıb.

Qeyd olunub ki, şərq istiqamətində - “Şərq” hava komandanlığının məsuliyyət zonasında İran istehsalı altı “Şahid” PUA-sı vurulub.

“Cənub” hava komandanlığının məsuliyyət zonasında iki “Lanset” və bir əməliyyat-taktiki PUA məhv edilib.\\Axar.az