Ukrayna daha bir məntəqəni ələ keçirdi - Zelenskiyə hesabat verilib
2024-08-22 13:39:47
Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusunun Kursk vilayətində yeni məntəqə ələ keçirməsi barəsində ölkə Prezidenti Vladimir Zelenskiyə məruzə edilib.
Zelenski Sum vilayərində sərhəd rayonuna səfər edib. Bu bölgədən Kursk vilayətinə hücum aparılır. Bu barədə Ukraynanın "Strana" nəşrinin "Teleqram" kanalında məlumat verilib.
Prezident Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə birgə iclas keçirildiyi, komandanın Prezidentə Kursk vilayətində daha bir yaşayış məntəqəsinin nəzarət altına alınması və yeni rusiyalı əsirlərin götürülməsi barəsində məlumat verdiyi qeyd edilir.
Hürr Tərcüman