Ukrayna danışıqlara RAZILAŞDI
2026-10-04 20:19:56
ABŞ oktyabr ayının sonunda Rusiya ilə Ukrayna arasında yeni texniki səviyyəli danışıqların keçirilməsini təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, görüş BƏƏ-də və ya Vaşinqtonun təklif etdiyi başqa bir ölkədə baş tuta bilər. Ukrayna bu formatla razılaşır və Moskvanın cavabını gözləyir.