📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna dənizdən hücum gözləyir - Əhaliyə xəbərdarlıq edilib

2024-01-27 14:05:53

Ukrayna dənizdən hücum gözləyir - Əhaliyə xəbərdarlıq edilib

Rusiya Ukraynanın dinc şəhərlərini bombalamaq, mülki infrastrukturuna raket zərbələri endirmək taktikasından əl çəkmir.

Hurriyyet.az xəbər verir ki, bu gün Ukrayna Silahlı Qüvvələri ölkə əhalisinə yüksək raket təhlükəsi barədə xəbərdarlıq edib.

Belə ki, rəsmi açıqlamada Qara dənizə dörd Rusiya raketdaşıyıcısının çıxdığı bildirilir: "Hazırda iki suüstü və iki sualtı raketdaşıyıcı döyüş növbətçiliyindədir. Daha bir kiçik raket qayığına isə freqat əlavə edilib. Bu daşıyıcılarda "Kalibr" raketlərinin ümumi atış sayı 22 vahidə çata bilər. Raket təhlükəsinin səviyyəsi son dərəcə yüksəkdir!"

İnsanlardan hava hücumu siqnallarına diqqətli olmaları və buna dərhal reaksiya vermələri xahiş olunur.

azpolitika.info