📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna diasporu "Şimal axını 1" turbinini geri qaytardığına görə Kanadanı məhkəməyə verir

2022-07-13 15:18:00

Ukrayna diasporu

“Ümumdünya Ukraynalılar Konqresi” Kanada məhkəməsinə müraciət edərək, hökumətdən turbinlə bağlı qərara tez bir zamanda yenidən baxılmasını tələb edib və bildirib ki, “Almaniya “Şimal axını” əvəzinə yalnız Ukrayna GTS-dən istifadə etməlidir.
Bundan başqa, Kanada öz ərazisindəki “Şimal axını” qaz kəmərinin turbinlərinin təmiri icazəsini iki il müddətinə uzadıb ki, bu da altı ədədə qədər avadanlığın idxalına və təkrar ixracına imkan verir. Bu barədə Kanadanın “The Globe and Mail” qəzeti xəbər verir.
Beləliklə, bu qərar təkcə Monrealdakı zavodda əsaslı təmirdən sonra Rusiyaya qayıtmayan bir turbinə deyil, xəttin digər mühərriklərinə də şamil edilir. Növbəti iki il ərzində müntəzəm texniki qulluq üçün daha beş mühərrik "Siemens Kanada"ya göndərilə bilər. "Siemens Kanada turbin avadanlığını Almaniyaya göndərəcək, hökumət daha sonra onu Rusiyaya təhvil verəcək. Dolayı qayıdış marşrutu Kanadaya imkan verir ki, Rusiyaya qarşı sanksiyaları pozmadığını iddia etsin". Bunu "The Globe and Mail" yazır.

Ülviyyə, Hurriyyet.az