📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna DİN Lvova raket hücumundan sonrakı ilk dəqiqələri göstərdi (VİDEO)

2023-07-07 09:57:00

Ukrayna DİN Lvova raket hücumundan sonrakı ilk dəqiqələri göstərdi (VİDEO)

Ukrayna Daxili İşlər Nazirliyi iyulun 6-da, gecə düşmənin Lvova hücumundan sonrakı ilk dəqiqələrin videosunu yayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN Facebook-da paylaşım edib.

"Rus terrorçularının Lvova raket zərbəsindən sonra ilk dəqiqələr", - deyə qeyd edilib.

Xatırladaq ki, iyulun 6-na keçən gecə işğalçılar Lvovu raketlərlə vurub: raket hündürmərtəbəli binaya düşüb, kritik infrastruktur obyekti zədələnib. 

Hərbi Hava Qüvvələri  rusların Ukraynaya atdığı 10 Kalibr qanadlı raketindən 7-ni vurduğunu bildirib.

Raket hücumu nəticəsində ölənlərin sayı 7-yə çatıb.

qaynarinfo.az