📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Donbass üzrə danışıqların İstanbulda keçirilməsinə hazır olduğunu bəyan etdi

2022-02-03 14:42:00

Ukrayna Donbass üzrə danışıqların İstanbulda keçirilməsinə hazır olduğunu bəyan etdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Kiyev İstanbulda Donbass məsələsi ilə bağlı üçtərəfli danışıqlara hazır olduğunu bəyan edib.

Ukraynayanın Müdafiə naziri Aleksey Reznikov bildirib ki, Kiyev Donbass məsələsi ilə bağlı İstanbulda və yaxud da istənilən başqa bir yerdə üçtərəfli kontakt qrupu ilə danışıqlara hazırdır.

Bəlli olduğu kimi, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiya ilə Ukraynanın “Minsk formatında” görüşünə ev sahibliyi eləməyə və sülhə dəstək verməyə hazır olduğunu bəyan eləyib.

Türkiyə XİN-dəki mənbə onu da qeyd edib ki, Türkiyə tərəfi danışıqları İstanbulda “əvvəlki oyunçuların – Rusiya, Ukrayna, Donbass və ATƏT-in nümayəndələrinin iştirakı ilə təşkil eləməyi planlaşdırır”.

Reznikov Türkiyə Prezidentinin də eyni təklifi etdiyini və danışıqlar meydanının İstanbula keçirilməsi üçün Kiyevlə məsləhətləşmələr aparıldığını deyərək əlavə edib: “Biz müsbət cavab verdik: bəli, əgər meydan İstanbulda olacaqsa, buna razıyıq. Həmçinin, Cenevrə, Vyana və istənilən digər yerdə də olsa, razılaşarıq”.

Hürr Tərcüman