Ukrayna dronu Moskva səmasında
2023-07-28 11:21:00
Hurriyyet.az xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin öz “Teleqram” kanalında Ukrayna dronunun Rusiyanın paytaxtına hücum eləməyə cəhd göstərdiyini yazıb.
O, dronun Müdafiə Nazirliyinin qüvvələri tərəfindən vurulduğunu deyib. Zərərçəkən və dağıntı yoxdur. Bundan sonra RF MN də Ukrayna PUA-sının vurulduğunu bəyan edib.
Hürr Tərcüman