Ukrayna dünya çempionatını bu səbəbdən boykot etdi
2023-05-02 00:14:00
Ukrayna Cüdo Federasiyası 2023-cü ildə Qətərdə keçiriləcək dünya çempionatını boykot edib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə "Suspilny" nəşri məlumat yayıb.
Boykotun səbəbi Rusiya və Belarus idmançılarının da yarışda iştirak etməsinə razılıq verilməsidir.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası Rusiya və Belarus güləşçilərinin yarışda neytral statusda iştirak etməsinə icazə verib.\\Bakupost.az